AFFA milli komandamızın sabiq üzvü Vasif Haqverdiyevi cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb onun hakimlər briqadasını təhqir etməsi olub.
Hazırda "Əlincə"nin U-16 komandasının baş məşqçisi olan Vasif Haqverdiyev U-16 liqasının “Neftçi” ilə matçında hakimlər briqadasını təhqir edib. Buna görə AFFA onu 5 oyunluq cəzalandırıb.
Futzal üzrə Azərbaycan çempionatının “Nəbi” - FHN matçının 24-cü dəqiqəsində FHN-in rəhbəri Toğrul Mehdiyev hakimi təhqir edib. Onun da cəzası 5 oyun olub.
Fanat.az