Ferqyuson şərab satacaq

Ferqyuson şərab satacaq
"Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyusson maraqlı addım atıb. Fanat.az xəbər verir ki, o, şəxsi şərab kolleksiyasını auksiona çıxarmaq qərarına gəlib.
5000-ə yaxın şərab şüşəsi London və Honkonqda auksiona qoyulacaq. Onlardan 3 milyon funt-sterlinqə yaxın mənfəət əldə etmək planlaşdırılır. Alqı-satqı 3 mərhələdən ibarət olacaq. Kolleksiyanın 60 faizi mayın 24-də satılacaq, 30 faiz iyunda auksiona çıxarılacaq. Daha 10 faizi isə internetdə satmaq planlaşdırılır. 
Ferqyuson bununla bağlı bunları deyib: "Çaxır futboldan sonra mənim ilk ehtirasıma çevrilib. Futbol məşqçisi işləyən zaman yaşadığın stressdən qurtulmaq üçün nəyəsə marağın olmalıdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər