Fernando Torresin yeni iş yeri bilindi

Fernando Torresin yeni iş yeri bilindi

İspaniya millisinin sabiq hücumçusu Fernando Torres "Atletiko"nun ikinci komandasının - "Atletiko B"nin baş məşqçisi təyin olunub.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

O, bu vəzifədə istefaya göndərilən Luis Qarsiya Teveneti əvəzləyib. Öz növbəsində, Tevenet növbəti mövsüm əsas komandada baş məşqçi Dieqo Simeonenin köməkçisi olacaq.

Xatırladaq ki, Torres bundan əvvəl "Atletiko"nun U-19 komandasının baş məşçisi idi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər