Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşdü

Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşdü

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gənclər və idman nazirlərinin V konfransında iştirak edən gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanı Krallığının idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl-Faysal ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Fanat.Az-a verilən xəbərə görə, görüş zamanı nazir Fərid Qayıbov konfransın Ciddə şəhərində təşkilindən məmnunluğunu ifadə edərək, ikitərəfli əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

O, eyni zamanda Azərbaycanın sədrliyi dövründə gənclər və idman sahəsində görülmüş işlər barədə məlumat verib. Görüş zamanı iki ölkə arasında idman sahəsində əlaqələrin inkişaf perespektivləri müzakirə edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər