“Avro-2016”nın final oyununu stadiondan izləyənlər arasında “Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Fergüsson da olub.
Qol.az-ın məlumatına görə, 74 yaşlı mütəxəssis oyun başa çatdıqdan sonra çempion olan Portuqaliya millisinin futbolçuları Kriştiano Ronaldo və Luis Nani ilə görüşərək onları təbrik edib.
Qeyd edək ki, hər iki futbolçu vaxtilə Fergüssonun rəhbərliyi altında “Mançester Yunayted”də çıxış edib.
Fanat.az