Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“İstanbulspor” evdə “Pendikspor”a uduzub. Azərbaycanlı hücumçu Renat Dadaşovun komandası – “Hatayspor” isə onun 88 dəqiqə oynadığı səfər matçında “Samsunspor”a məğlub olub.
Turun mərkəzi oyununda “Fənərbaxça” doğma meydanda “Trabzonspor”a məğlub olub. Bununla da İstanbul təmsilçisinin 19 oyunluq məğlubiyyətsiz seriyası qırılıb.
Türkiyə Super Liqası 11-ci tur 3 noyabr
Qalatasaray – Kasımpaşa 2:1 Qollar: Zaha, 33; 51 – Omeru, 54.
4 noyabr
İstanbulspor – Pendikspor 2:4 Qollar: Ndao, 40. Roka, 89 – E.Yardımcı, 30. Velinton, 45+3; 60. Türam, 83.
Samsunspor – Hatayspor 2:1 Qollar: E.Kara, 77-pen. Şindler, 90+9 – Lamkel Ze, 36.
Fənərbaxça – Trabzonspor 2:3 Qollar: Tadiç, 61-pen; 90-pen – Onuaçu, 10. B.Özdemir, 46. Pepe, 47.
5 noyabr
14:30. Sivasspor – Adana Dəmirspor 17:00. Başakşəhər Ankaragücü 17:00. Konyaspor – Fatih Karagümrük 20:00. Antalyaspor – Beşiktaş
6 noyabr
21:00. Qaziantep – Rizəspor 21:00. Kayserispor – Alanyaspor