Feliks bu kluba satılmasını istəyir, qiyməti də bəllidir

Feliks bu kluba satılmasını istəyir, qiyməti də bəllidir

"Atletiko Madrid"in hücumçusu Joau Feliks bu yay iş yerini dəyişməkdə qərarlıdır.

Fanat.Az xəbər verir ki, məlumatı AS nəşri yayıb.

Xəbərə görə, portuqaliyalı futbolçu PSJ-yə keçmək istəyir. Mənbə Madrid klubunun Feliksi azı 100 milyon avroya satmağı planlaşdırdığını və məhz qiymət məsələsinin Paris klubunun bosslarını tərəddüdə sürüklədiyini vurğulayıb. 

Daha öncə Avropa mətbuatında Fransa təmsilçisinin baş məşqçisi Luis Enrikenin Feliksi komandasında görməyi arzuladığı barədə informasiyalar yayılmışdı.

Qeyd edək ki, Joau geridə qalan mövsümün ikinci yarısında icarə əsasında "Çelsi"nin formasını geyinib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər