Federer və Şarapova yola davam edir

Federer və Şarapova yola davam edir

Avstraliya Açıq Çempionatının sabiq çempionları Rocer Federer (İsveçrə) və Mariya Şarapova (Rusiya) ilk raund mərhələsini asanlıqla keçə biliblər.

Sport7.az xəbər verir ki, Rocer Federer Gürcüstan təmsilçisini məğlub etməkdə çətinlik çəkməyib. Nikoloz Basılaşvili 3 setdə yalnız 5 oyun qazana bilib. Federer matçı aktivinə 6-2 6-1 6-2 hesabı ilə 1 saat 12 dəqiqənin yekununda yazıb. Matçda 124 xal oynanılıb və 80 xal Federerin aktivində olub.

Şarapova isə yaponiyalı Nao Hibinonu məğlub edə bilib. Sabiq dünya lideri və AO 2008 çempionu Şarapova 1 saat 13 dəqiqənin rekununda 6-1 6-3 hesablı qələbə qazanıb. Matç boyu üstünlük tamamilə Şarapovanın əlində olub.

Digər görüşlərdə qələbə qazanan tərəflər Ejeni Buşard (Kanada), Jo-Uilfred Tsonqa (Fransa), Qriqor Dmitrov (Bolqarıstan), Andreas Seppi (İtaliya) olublar. 

Avstraliyalı Samanta Stosur ilk raund mərhələsini keçə bilməyib. O, Kristina Plişkovaya məğlub olub. Çexiyalı tennisçi iki setdə üstün ola bilib. Həmçinin almaniyalı Andrea Petkoviç ikinci raunda yüksələ bilməyənlərdən olub. Onun yolunu rusiyalı Yelizaveta Kuliçkova kəsib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər