Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra başlanılan "təmizləmə prosesi" davam edir. Artıq əməliyyatlar Türkiyə Futbol Federasiyasına da sıçrayıb.
Fanat.az xəbər verir ki, hüquq-mühafizə orqanları federasiya rəsmiləri, millinin baş məşqçisi Fatih Terim və komandası başda olmaqla qurumun bütün komitə üzvləri ilə bağlı araşdırmalara başlayıb.
Hüquq-mühafizə orqanları araşdırmalar nəticəsində Fetuhllahçı Terror Təşkilatına (FETÖ - Fetullahcı Terror Örgütü) bağlılığı olan şəxsləri müəyyənləşdirməyə çalışır.
Fanat.az