Türkiyə millisinin Avropa çempionatında İspaniya kollektivinə 0:3 hesabı ilə məğlub olması etirazlara səbəb olub.
Fanat.az xəbər verir ki, azarkeşlər baş məşqçi Fatih Terimin qızı Buse Terimin "Instagram" paylaşımlarına təhqir dolu şərhlər yazıblar.
Onlar Fatih Terimi təhqir ediblər və istefasın tələb ediblər. Bir neçə izləyici hamilə olan Buse Terimə bəddua edərək doğulmamış övladının ölməsini arzu ediblər.
Fanat.az