Fatih Terimdən sürpriz qərar

Fatih Terimdən sürpriz qərar

Türkiyə millisinin baş məşqçisi Fatih Terim "AVRO-2016"ya aparacağı heyətdə sürprizə imza atmağa hazırlaşır. Fanat.az xəbər verir ki, "Akşam" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Avropa çempionatında Mehmet Topalı mərkəz müdafiəçisi mövqeyinə çəkməyi planlaşdıran "İmperator" sərəncamında Ozan Tufan və Selcuk İnandan başqa hücumameylli yarımmüdafiəçi olmadığından Emre Belezoğlunu da Fransaya aparmağı planlaşdırır.

Terimin İsveçlə matçdan sonra verdiyi Yarımüdafiəçilərimizin sayının bir az daha artıq olması vacibdi. Bizdə kənar oyunçular daha çoxdu, mən onlardan yarımmüdafiəçi kimi istifadə etməyə çalışıram. Uyğunlaşmaqda bir az çətinlik çəkirik" açıqlaması da bu qərara səbəb göstərilir.

Qeyd edək ki, hazırda "Başakşəhər"də çıxıq edən Emre Belezoğlu karyerası ərzində "Qalatasaray", "Fənərbaxça", "İnter", "Nyukasl" və "Atletiko"nun formasını geyinib. 2000-2014-cü illərdə Türkiyə millisinin formasını geyinən 35 yaşlı futbolçu 94 oyunda 10 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər