Fatih Terim istefa verib

Fatih Terim istefa verib

Türkiyə milli komandasının baş məşqçisi Rusiya ilə keçiriləcəkləri yoxlama görüşündən əvvəl jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis əsasən son Avropa çempionatından sonra yaşananlara toxunub:

"Bütün Türkiyə uğursuzluqların baş günahkarı kimi məni göstərirdi. Hər yerdə məni tənqid edir, ailəmi belə hədələyirdilər. Mən nə edə bilərdim? Əlbəttə ki, özümə yaraşanı etdim. İstefa ərizəmi yazdım, Futbol Federasiyasına göndərdim. Məni buna məcbur etdilər. Yaranmış atmosferdə başqa cürə davrana bilməzdim. 

TFF rəhbərliyi ilə birlikdə toplantı keçirdik. Federasiya başqanı Yıldırım Dəmirörən şəxsən bildirdi ki, istefam qəbul olunmur və yola mənimlə birlikdə davam etmək istəyirlər. Bundan sonra dünya çempionatının seçmə mərhələsi üçün hazırlıqlara başladım.  Məsuliyyəti üzərimdən atmıram. Kimə hesabat verməli idimsə, həmin hesabatı da vermişəm. Ən yüksək səviyyədə özümə dəstək hiss etməsəydim, yenidən işimi davam etdirməzdim. Məhz federasiya prezidenti Türkiyə futbolunun gələcəyi üçün məsuliyyətli davranmalı olduğumuzu dedi və yeni seçmə mərhələni düşünməyimi istədi. 

Dünya çempionatına vəsiqə qazanmaq xeyli çətindi. Amma sona qədər mübarizə aparacağıq. Futbolçularıma inamım sonsuzdu. Milli komandada mükafat problemi yoxdu. Bunu həddindən artıq şişirtdilər. Yeni sistem tətbiq etmişik, daha bu barədə müzakirələr olmayacaq".

Xatırladaq ki, Türkiyə millisi bu axşam Fatih Terim rəhbərliyində 127-ci oyununa çıxacaq. İndiyə qədər keçirilən oyunlarda 66 dəfə qələbəyə sevinib, 31 oyunda isə uduzub. 29 oyunda qalib müəyyənləşməyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər