Fatih Terim istefa verdi

Fatih Terim istefa verdi

“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yolları ayırıb.

Fanat.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis istefa verib.

Terim bu gün klub prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Terimlə görüşün ardından “sarı-qırmızılar”ın İdarə Heyətinin iclası olub və baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”a rəhbərlik edən Fatih Terimin “cim-bom”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər