“Fatih Karagümrük”dən səfər qələbəsi

“Fatih Karagümrük”dən səfər qələbəsi

Türkiyə Super Liqasında 27-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

“İstanbulspor” doğma meydanda “Fatih Karagümrük”lə qarşılaşıb. Oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Hazırda 63 xalı olan “Qalatasaray” Super Liqanın vahid lideridir. “Fənərbaxça” 54 xalla ikinci, “Beşiktaş” 52 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor” 45, “Trabzonspor”la “Başakşəhər” 44, “Kayserispor” 41 xal toplayıb. Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin də heyətində yer aldığı “Konyaspor” 35 xalla 8-ci pillədə qərarlaşıb.

Türkiyə Super Liqası 27-ci tur 1 aprel

Başakşəhər – Ankaragücü 1:0 Qol: S.Gürlər, 36.

Trabzonspor – Kayserispor 3:4 Qol: M.Qomes, 3. A.Ömür, 50. Bardi, 54-pen – E.Başsan, 1. Tiam, 20. Mensa, 48-pen. K.Mane, 63.

Qalatasaray – Adana Dəmirspor 2:0 Qol: Midstyö, 86. Zaniolo, 90+8-pen.

2 aprel

Ümraniyəspor – Konyaspor 2:2 Qol: K.Demirtaş, 62-öz qapısına. O.Ayık, 89 – M.Diuf, 82. S.Dikmen, 90+7.

Girəsunspor – Alanyaspor 2:2 Qol: Can Davas, 84. Kuvas, 88-pen – E.Karaca, 17. Z.Ferhat, 73.

Fənərbaxça – Beşiktaş 2:4 Qol: E.Valensiya, 41-pen. İ.C.Kahveci, 90+5 – C.Tosun, 58; 62. Redmond, 76. V.Abubakar, 90+1.

3 aprel

İstanbulspor – Fatih Karagümrük 0:1 Qol: Diaqne, 27.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər