Fariz Nəcəfov: "...Cavid Hüseynov azadlığa çıxacaq"

Fariz Nəcəfov: "...Cavid Hüseynov azadlığa çıxacaq"
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Zirə"ni 5:1 hesabı ilə darmadağın edən "Qəbələ" adını yarımfinala yazdırıb. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin vitse-prezidenti Fariz Nəcəfov oyunla bağlı fikirlərini səsləndirdikdən sonra, jurnalistlərin suallaırnı cavablayıb.

"Belə asan qələbə qazanacağımızı gözləmirdim. Uşaqlar sonadək istədiyimiz oyunu nümayiş etdirdilər. Özümüzə növbəti mərhələdə uğurlar arzu edirəm. Hesabın belə böyük olmasının səbəbi futbolçularımızın istəkli olmasından irəli gəldi. Neçə oyun oldu ki, qol imkanlarından istifadə edə [email protected] 

- Demək olarmı ki, bu gün görmək istədiyiniz əsl "Qəbələ" meydanda idi?- Hələ də çatışmazlıqlar var. Bunu görmək üçün mütəxəssis olmaq lazım deyil. Tədricən ideala yaxınlaşırıq. 

- Rəşad Eyubov artıq ikinci oyundu ki, qol vurur. Onun oyunu sizi razı salırmı?- Əsas odu ki, baş məşqçi ondan razı qalsın. İnanıram ki, məşqçi ondan istədiklərini ala bilir.

- Klubda sanki canlanma hiss olunur...- Bu hər zaman baş verir (gülür).

- Azarkeşlər Cavid Hüseynovun ad gününü də unutmamışdılar... - Bu gün Cavid Hüseynovun ad günü idi. O, kifayət qədər azarkeşlərin yaddaşında qalıb. İnanırıq ki, yaxın günlərdə günahsız olduğu sübuta yetiriləcək və Cavid Hüseynov azadlığa çıxacaq.

- Yarımfinalda hansı rəqibi arzulayırsız?- Bunun artıq heç bir fərqi yoxdu. Əgər kuboku qazanmağı qarşımıza məqsəd qoymuşuqsa, rəqibin kimliyi bizi maraqlandırmamalıdı. 

- Avrokuboklara gedən yol kuboku qazanmaqdan keçir?- Biz titul qazanmaqla yanaşı, kuboku da başımız üzərinə qaldırmaq istəyirik. Hər iki cəbhədə mübarizəni davam etdiririk. Bunun üçün öz oyunumuzu oynamalıyıq. 

- Bəs, bu dəfə avrokuboklarda hədəfiniz nə olacaq? - Hədəfimiz dəyişməz olaraq qalır. Yenə qrup mərhələsinə düşməyə çalışacağıq. Düzdü, bu, Azərbaycan futbolunda artıq 4 dəfə baş verib. Ancaq biz bunu davamlı etməliyik. Bu gün reallıq budur ki, yarımfinala qədər irəliləməyə gücümüz yoxdu. Amma qrupa düşə bilirik. Bu, ölkəmiz üçün çox vacibdi. 10 il bundan qabaq futbolumuzda belə inkişaf yox idi. Zamana ehtiyacımız var. Ötən, inişil Premyer Liqadakı rəqabət daha güclü idi. Bu gün vəziyyətin belə olmasının səbəbini də hamımız bilirik.

- "Qəbələ"də yayda daha səviyyəli legionerlər görə bilərik?- "Qəbələ" az müddət ərzində yaxşı mütəxəssisləri dəvət etməyə çalışıb. Marat İzmayılov, Aleksey Qayı buna misal çəkmək olar. Bu gün 20-21 yaşlı gənc ulduzların Azərbaycan çempionatında çıxış edəcəyi reallıqdan uzaqdı. Ancaq çalışırıq ki, sistemimizə, məşqçinin istəyinə uyğun olan futbolçunu heyətə cəlb edək. 

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər