Fariz Məmmədov WBC-in Konqresinə dəvət alıb

Fariz Məmmədov WBC-in Konqresinə dəvət alıb
Oktyabrın 20-də Ümumdünya Boks Şurasının (WBC) 57-cı Konqresi start götürəcək.
Fanat.Az xəbər verir ki, Meksikanın Kankun şəhərində təşkil olunacaq tədbir bir həftə davam edəcək. Konqres iştirakçıları arasında "Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov da olacaq. Bu haqda klubun saytı məlumat yayıb. Azərbaycanın peşəkar boks üzrə ilk dünya çempionu oktyabrın 26-dək keçiriləcək tədbirə dəvət alıb.
Xatırladaq ki, Məmmədov ötən il Ukraynanın paytaxtı Kiyevdə keçirilən 56-cı Konqresdə də iştirak edib. Həmin vaxt tədbirə 160 ölkədən 700-dən artıq qonaq, o cümlədən Lennoks Lyuis, Evander Holifild, Oskar de la Xoyya, Xulio Sezar Çaves kimi dünya boksunun əfsanələr qatılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər