Falkaonun yeni iş yeri bilindi - RƏSMİ

Falkaonun yeni iş yeri bilindi - RƏSMİ

Kolumbiyalı hücumçu Radamel Falkaonun yeni iş yeri açıqlanıb.

Fanat.Az xəbər verir ki, 38 yaşlı forvard ölkəsinin "Milyonarios" klubuna keçib. 

Məlumatı Boqota təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçunun müddəti 2024-cü ilin sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkdiyi bildirilib.

Qeyd edək ki, Falkao 13 yaşınadək "Milyonarios"un strukturunda olub. Sözügedən futbolçu son olaraq 2021-2024- cü illər aralığında "Rayo Valyekano"nun uğurları üçün çalışıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər