"Facoli qumar asılılığından əziyyət çəkir" - Agenti gizlətmədi

"Facoli qumar asılılığından əziyyət çəkir" - Agenti gizlətmədi

"Yuventus"un yarımmüdafiəçisi Nikolo Facolinin agenti müştərisinin mərc oyunlarına hansı səbəbdən qurşandığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun dediklərini Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Biz məsləhətləşdik, Nikolonun qumar asılılığından əziyyət çəkdiyi və müalicə kursu keçəcəyi barədə sizə müstəqil məlumat vermək qərarına gəldik. Bu problem mən onun agenti olmamışdan var. Yayda əməkdaşlığa başladıq və hazırkı vəziyyətə baxmayaraq, futbolçudan imtina etməyəcəyik".

Xatırladaq ki, daha öncə Turin prokurorluğuna çağırılan Facoli futbol matçlarına pul qoyuluşları etdiyini boynuna alıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər