Fabreqas karyerasını başa vurdu

Fabreqas karyerasını başa vurdu

İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını başa vurub.

Fanat.Az xəbər verir ki, son olaraq İtaliyanın “Komo” klubunda forma geyinmiş təcrübəli futbolçu 36 yaşında getməyə qərar verib.

O, bundan sonra “Komo”nun U-19 və əvəzedici komandalarının baş məşqçisi kimi fəaliyyət göstərəcək.

Fabreqas 2022-ci ilin yayından B Seriyası təmsilçisində forma geyinirdi. O, daha öncə “Barselona”, “Arsenal”, “Çelsi” və “Monako”da da forma geyinib, İspaniya yığmasında 110 oyuna 15 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər