"Çelsi"nin futbolçusu Kesk Fabreqas Çin klubuna "yox" cavabı verib.
Fanat.Az xəbər verir ki, bununla da yarımmüdafiəçi ilinə 31 milyon avro qazanmaqdan imtina edib.
Buna səbəb isə futbolçunun daha yüksək səviyyəli futbol çempionatında çıxış etmək istəyi olub.
Qeyd edək ki, Fabreqas 2014-cü ildən "Çelsi"nin şərəfini qoruyur.
Fanat.Az