Əzizov oynadı, komandası qalib gəldi

Əzizov oynadı, komandası qalib gəldi

Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 16-cı turun oyunları keçirilib. Famat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Axilles 29" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Ziya bu görüşün 30-cu dəqiqəsində meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Den Boş" 16 turdan sonra 20 xalla 20 komanda arasında 13-cüdür.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər