Misli Premyer Liqasının 36-cı turu çərçivəsində "Sabah" səfərdə "Neftçi" ilə qarşılaşıb. Görüş "bayquşlar"ın minimal hesablı 1:0 qələbəsi ilə yekunlaşıb. Matçın ardından Masazır təmsilçisinin kapitanı Elvin Camalov Fanat.Az-a müsahibə verib.
- Oyunla bağlı təsuratlarınız necədir? - Matç başlayandan demək olar ki, bizim üstünlüyümüz şəraitində keçdi. İstədiyimizə nail ola bildik. Bunun üçün də bizə dəstək olan bütün "Sabah" ailəsinə təşəkkür edirəm.
- Qol vurulduqdan sonra gərginlik yaşandı. Nə olduğunu necə şərh edərdiniz? - Düzü, bilmirəm. Mən də vəziyyəti sakitləşdirməyə çalışırdım. Yəqin ki, hansısa hadisə baş verib. Bilmirəm nə oldu.
- Qola qədər şanslarınız çox oldu. Amma fərqlənmək mümkün olmurdu. Bu nə ilə bağlı idi ? - Fürsətlərdən istifadə edə bilmədik. Axıra kimi mübarizə apardığımızı düşünürəm. Sonda istədiyimiz qolu vurduq.
- Konfrans Liqasına vəsiqə qazandınız. Gözləntiləriniz nədir? - Çox yaxşı mövsüm keçirdik. Əziyyətimizin bəhrəsini gördük. Konkret hədəflər var. Amma indidən danışmaq tezdir.
Nahid Ustaclı