Çezare Maldini vəfat etdi

Çezare Maldini vəfat etdi

Dünya futbolunun canlı əfsanələrindən olan Çezare Maldini bu gün vəfat edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, İtaliya millisinin və "Milan"ın sabiq üzvü 84 yaşında dünyasını dəyişib.

Futbola "Milan"da başlayan Maldini bu komanda ilə dörd dəfə İtaliya A Seriyasını qazanıb. O, məşqçilik dönəmində "Milan", İtaliya  və Paraqvay millisini çalışdırıb.

Qeyd edək ki, Ç.Maldinin oğlu Paulo Maldini də "Milan"ın canlı əfsanələrindəndir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər