"Əvvəlki derbilərdəki məğlubiyyətlər məni maraqlandırmır" - Stefano Pioli

"Əvvəlki derbilərdəki məğlubiyyətlər məni maraqlandırmır" - Stefano Pioli

"Milan"ın baş məşqçisi Stefano Pioli "İnter"lə bu gün baş tutacaq derbidən danışıb.

Fanat.Az-ın məlumatına görə, "Sky Sport Italia" onun dediklərini belə çatdırıb:

“Statistika bizim üçün məyusedicidir? Mənim üçün keçmişin əhəmiyyəti yoxdur. Əvvəlki derbilərdəki məğlubiyyətlər məni maraqlandırmır. Sabahı düşünürəm. Mənə maraqlı olan komandanın öz futbolunu oynaması və rəqibi çətin vəziyyətə sala bilməsidir”.

Xatırladaq ki, son ikisi Çempionlar Liqasının yarımfinalında baş tutan əvvəlki dörd derbidə "qara-göylər" "quru" hesablı qələbələr qazanıb. "İnter" - "Milan" qarşılaşması Bakı vaxtı ilə 20:00-da keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər