Əvvəl Hoqmo, sonra Prosineçki

Əvvəl Hoqmo, sonra Prosineçki

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Norveç oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. 

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşdən bir gün əvvəl hər iki komandanın mətbuat konfransı təşkil olunacaq.

 

Oktyabrın 7-də saat 18:30-da Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo jurnalistlərin suallarını cavablandıracaq. Saat 19:45-də isə yığmamızın çalışdırıcısı Robert Prosinçeki media önünə çıxacaq.

 

Hər iki mətbuat konfransı, həmçinin açıq məşq prosesləri Bakı Olimpiya Stadionunda keçiriləcək. Skandinaviyalıların saat 19:00, yığmamızın 20:15-də başlayacaq məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər