Çevriliş cəhdi "Qalatarasaray"ı ziyana saldı - 15 milyon avro

Çevriliş cəhdi "Qalatarasaray"ı ziyana saldı - 15 milyon avro

Maddi sıxıntılarını həll etmək istəyən “Qalatasaray” Türkiyədə hərbi çevrilişə cəhddən sonra daha çətin duruma düşüb.

Fanat.az xəbər verir ki, bir müddət əvvəl İstanbul klubu Qətərin “Qatar Airways” şirkəti ilə sponsorluq reklamı üçün razılıq əldə etmişdi. Razılaşmaya əsasən, “sarı-qırmızılılar”ın formasının üzərində 3 il müddətində şirkətin adı yazılacaqdı. Klub bu əmıkdaşlıqdan 15 milyon avro gəlir götürəcəkdi. 

Ancaq ötən həftə Türkiyədə hərbi çevrilişə cəhddən sonra Qətər şirkəti “Qalatarasay”la danışıqları dayandırıb. Belə ki, tərəflər arasında növbəti görüş qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər