"Yuventus"un müdafiəçisi Patris Evranın klubdakı gələcək karyerasına aydınlıq gəlib.
Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, fransız futbolçu Turin təmsilçisində qalmağa qərar verib.
Klubun iki illik müqavilə təklifini qəbul edən Evra 2018-ci ilə qədər "Yuventus"un şərəfini qoruyacaq. 35 yaşlı daha öncə verdiyi açıqlamasında 40 yaşınadək futbol oynamaq istədiyini bildirib.
Qeyd edək ki, 2014-cü ildən "Yuventus"da çıxış edən Evra keçirdiyi 47 oyunda 3 qol vurub.
Fanat.az