Evli olan Burak Yılmaz yeni sevgili tapıb? - İDDİA

Evli olan Burak Yılmaz yeni sevgili tapıb? - İDDİA

Çinin "Pekin Quoan" klubunda çıxış edən Burak Yılmazla bağlı yeni xəbərlər yayılıb. Fanat.Az xəbər verir ki, türk futbolçunun restoranda tanınmış bir xanımla yemək yeməsi medianın diqqətini çəkib.

Çin çempionatında fasilə olduğundan Türkiyəyə dönən Burak Yılmaz bir müddət əvvəl iş adamı Hakan Sabancıdan ayrılan Aslışah Alkoçlarla birlikdə Etilerdə yeməyə yollanıb. 

Şahidlərin verdiyi məlumata görə, boşanma ərəfəsində olan Burak Yılmaz tanınmamaq üçün hətta başına şapka da qoyub. Türkiyə mətbuatı futbolçunun gözdən uzaq bir restoranda Aslışah Alkoçlarla görüşməsini onların arasında sevgi münasibətlərin olması kimi dəyərləndirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər