Əvəzedicilər Liqası: 600 manatlıq tur

Əvəzedicilər Liqası: 600 manatlıq tur

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasında 7-ci turun oyunlarında yaşananlar müzakirə edilib. 

“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib. Bundan başqa, "Gənclik şəhəri" təmsilçisi PFL əsasnaməsinin tələblərini pozduğuna görə daha 50 manat ziyana düşüb. 

Xəbər verdiyimiz kimi, “Səbail-2” – “Araz-Naxçıvan-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən 39 dəqiqə gec başlayıb ki, bu üzdən Bayıl təmsilçisi 100 manat ödəyəcək. 

“Qəbələ-2” – “Qarabağ-2” oyununun fasiləsində qonaq komandanın futbolçusu Hüseyn Hüseynli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. İntizamsız futbolçu bu davranışına görə İK tərəfindən 4 oyun cəza alıb, klubuna 300 manat cərimə kəsilib.  Oyunda xərəkdaşıyan uşaqların sayı Əsasnamənin tələblərindən az olduğuna görə “Qəbələ-2” 80 manat cərimə edilib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər