Evə bərbər çağırdılar, cərimələndilər

Evə bərbər çağırdılar, cərimələndilər
Almaniya Futbol Liqası (DFL) Dortmund "Borussiya"sının futbolçularını -  Manuel Akanci və Ceydon Sançonu cərimələyib.
Fanat.Az DFL-in saytına istinadən xəbər verir ki, buna onların karantin rejiminin qaydalarını pozması səbəb olub.Cərimənin məbləği açıqlanmayıb.
Belə ki, Akanci və Sanço evlərinə bərbər çağırıblar. Ancaq bu zaman onlar maska və əlcəkdən istifadə etməyiblər. Futbolçuların qaydaları pozması şəkilləri sosial şəbəkədə yerləşdirildiyi üçün üzə çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər