"Barselona"nın və Kamerun millisinin sabiq hücumçusu Samuel Etoo Kamerun Futbol Federasiyasının (KFF) prezident seçkilərinə qatılmaq üçün sənədlərini təqdim edib.
Fanat.Az xəbər verir ki, yerli mətbuat Etoonun söylədiklərini belə çatdırıb:
"Bütün fırıldaqçılığa baxmayaraq, federasiyanın növbəti preizidenti olacağam. Mənə sponsorluq adı altında rüşvət təklif edən hər kəsi federasiyadan uzaqlaşdıracağam. Bu işə məni dəstəkləyən insanlarla birlikdə başlayacağam".
Qeyd edək ki, prezident seçkiləri dekabra planlaşdırılıb.
Nihat