"Əsas vəzifəni yerinə yetirdim" - Olimpiyaçımız

"Əsas vəzifəni yerinə yetirdim" - Olimpiyaçımız

"Minimum hədəf final mərhələsinə vəsiqə qazanmaq idi və əsas vəzifəni yerinə yetirdim".

Fanat.Az xəbər verir ki, bunu Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxış edən Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev deyib.

21 yaşlı idmançı ilk dəfə çıxış etdiyi Olimpiadada finala yüksəldiyini xatırladıb: "Buz üzərində sürüşən vaxt ümumilikdə təmiz proqram göstərdim. Əlbəttə buna şad idim".

Qeyd edək ki, Vladimir Litvintsev qısa proqramda 30 idmançı arasında 84,15 balla 18-ci olub və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər