Ertuğrul Sağlam "Traktor"da - RƏSMİ

Ertuğrul Sağlam "Traktor"da - RƏSMİ

Təbrizin "Traktor" klubunda yeni baş məşqçi təyinatı baş tutub. 

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda türkiyəli Ertuğrul Sağlama tapşırılıb.

53 yaşlı mütəxəssislə sonradan bir il artırılmaq şərti ilə yarım illik müqavilə imzalanıb.

2010-cu ildə "Bursaspor"la Türkiyə Super Liqasının qalibi olan Ertuğrul Sağlamın son iş yeri I Liqa təmsilçisi "Samsunspor" olub. 

Cənubi Azərbaycan təmsilçisi İran çempionatında 19 turdan sonra hazırda 15 xalla 16 kollektiv arasında 13-cü yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər