Ərtoğrul Sağlam istefa verdi

Ərtoğrul Sağlam istefa verdi

Türkiyənin "Malatyaspor" klubunun baş məşqçisi Ərtoğrul Sağlam istefa verib.

Fanat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə açıqlamasında baş məşqçi özü məlumat verib. 

O, komandanın uğursuz çıxışlarına görə bu addımı atdığını bildirib.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis mövsümün əvvəlindən Malatya təmsilçisini çalışdırırdı. Komanda bu mövsüm 4 oyuna 4 xal toplayaraq 13-cü pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər