Ərinə edilən 7 milyonluq maaş təklifindən imtina etdi

Ərinə edilən 7 milyonluq maaş təklifindən imtina etdi
"İnter"in futbolçu Mauro İkardiyə yeni müqavilə təklifi onun həyat yoldaşı və meneceri Vanda Nara tərəfindən rədd edilib.
Fanat.Az xəbər verir ki, menecer xanım Milan klubunun illik 7 milyon avro maaş təklifini qəbul etməyib. Bu barədə "Tuttosport" məlumat yayıb.
Qəzet yazır ki, son hadisələr və növbəti dəfə yeni müqavilə təklifinin rədd edilməsi İkardinin "İnter"də qalmaq şansını böyük ölçüdə azaldıb. 
Qeyd edək ki, argentinalı futbolçu bundan əvvəl kapitanlıqdan məhrum edilmiş və heyətdən kənarlaşdırılmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər