Eriksen "Ayaks"da

Eriksen "Ayaks"da

Hazırda azad agent olan danimarkalı yarımmüdafiəçi Kristian Eriksen “Ayaks”da məşqlərə başlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə Niderlandın “De Telegraaf” nəşri məlumat yayıb. 

Danimarkalı yarımmüdafiəçinin “Ayaks”ın gənclərdən ibarət komandası ilə məşq etdiyi bildirilir.

Qeyd edək ki, AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər