"Ərəblərə ölüm" şüarı ilə gündəmə gələn İsrailin radikal sağçı futbol klubu "Beytar"ın sahibi ərəblər olub.
Fanat.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlifə bin Zaid ən-Nəhayyənin oğlu Şeyx Həməd bin Xəlifə ən-Nəhayyən indiyədək ərəb futbolçu transfer etməyən Yerusəlim təmsilçisinin səhmlərinin 50 faizini satın alıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildiriib ki, Şeyx Həməd bin Xəlifə ən-Nəhayyən 10 il ərzində kluba 92 milyon dollar sərmayə qoyacaq.
İsrail mediasının məlumatına görə, satınalmadan sonra klubun prezidenti Moşe Hoqeq eyni vəzifəni icra edəcək, qarşıdakı illərdə klubun ən-Nəhayyənin də yer alacağı yeni İdarə Heyəti formalaşdırılacaq.
Qeyd edək ki, Yerusəlimi təmsil edən klub 1936-cı ildə yaradılıb. "Beytar" tarixi ərzində 6 dəfə İsrail çempionluğunu, 7 dəfə ölkə kubokunu qahanıb.