"Kruzeyro”nun yarımmüdafiəçisi Enrike qorxunc avtomobil qəzasına düşüb.
Fanat.Az "Globo Esporte”yə istinadən xəbər verir ki, futbolçunun idarə etdiyi avtomobil 200 metr hündürlüyü olan qayadan aşağı düşüb. Qəza Braziliyanın dövlət parkı Rola Mokanın ərazisində baş verib. Oyunçunu xilas etmək üçün 4 yanğınsöndürən maşının ekipajı səy göstərib. Xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub.
35 yaşlı oyunçu özünü itirdiyindən qəzanın səbəbləri haqda heç nə deyə bilməyib. Yüngül xəsarətlər alan Enrike hazırda xəstəxanadadı.
Qeyd edək ki, Enrike ötən mövsüm Braziliyanın A Seriyasında 33 oyuna çıxıb.
Fanat.Az