Sofiyanın CSKA klubu Bolqarıstan çempionatının yüksək dəstəsinə qaytarılıb. Bunda ölkənin baş naziri Boyko Borisovun böyük rolu olub.
Fanat.az xəbər verir ki, ölkənin 31 qat çempionu 2015-ci ilin iyununda maliyyə problemləri üzündən 3-cü diviziona göndərilmişdi. CSKA aşağı dəstədə keçirdiyi 30 oyunda 138 dəfə fərqlənməklə yanaşı, Bolqarıstan kubokunun finalına vəsiqə qazanıb. Komanda mayın 25-də "Montana" ilə qarşılaşacaq. Həvəskarlar liqasında çıxış etməsinə baxmayaraq, heyətində yalnız bolqar futbolçuların çıxış etdiyi "ordu klubu"nun matçlarına daha çox azarkeş gəlib. Onun bütün oyunları isə televiziyadan yayımlanıb.
Fanat.az