Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR

Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR
Bəzi idmançılar forma nömrəsi seçərkən müxtəlif səbəblərə əsaslanaraq seçim edir. Fanat.az ən ilginc forma nömrələrini və onların seçilmə səbəblərini təqdim edir.
Devid Bekhem
Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR
İngilis futbolçu "Real"a transfer olunarkən "Mançester Yunayted"də geyindiyi 7 nömrədən vaz keçmək məcburiyyətində qalmışdı. Çünki həmin vaxt bu formanı "Real"ın əfsanəsi Raul Qonzales geyinirdi. Bekhem bu səbəbdən pərəstişkarı olduğu NBA-nın əfsanəsi Maykl Cordanın nömrəsini - 23-ü seçmişdi.
Rocerio Seni
Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR
Dünyanın ən çox qol vutan qapıçısı Rocerio Seninin aktivində 131 qol var. Braziliyanın "San Paulo" klubunda oynayan qolkiper bu komandada ən çox forma geyinən oyunçu olmuşdu. Keçirdiyi 618 oyunun şərəfinə o, son oyununda meydana 618 nömrəli formada çıxmışdı. 
İvan Zamorano
Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR
Çilili əfsanə "Real"da oynadığı vaxt əksər forvardlar kimi 9 nömrəni geyinirdi. 1996-cı ildə "İnter"ə transfer olunan zaman 9 nömrə Ronaldo olduğu üçün "18" nömrəli formanı seçmişdi. Amma bu 1 və 8 rəqəmlərinin arasına "+" işarəsi yerləşdirərək tarixə düşmüşdü. Bununla da o, iki rəqəmin cəmində 9 yarada bilmişdi.
Ronaldo
Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR
2007-ci ildə "Milan"a transfer olunan braziliyalı "qızl dövrünü" artıq geridə qoymuşdu. Bu səbəbdən 9 nömrəli forma məsələsində israr etməyən "sambacı" 99 nömrəni seçmişdi.
Dieqo Reyes
Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR
Meksikalı oyunçu futbolçu başladığı "Club America"da ilk matçına 134 nömrəli formada çıxıb. Bu formanın uğurlu olduğunu düşündüyü üçün karyerasına belə davam edib. Amma "Portu"ya transferindən sonra "134"dən imtina etməli olub.
Tommi Oar
Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR
Avstraliyalı oyunçu Asiya çempionatının seçmə matçlarında 121 nömrəli formanı geyinməklə hamının təəccübünə səbəb olmuşdu. O, bu rəqəmin uğurlu olduğunu düşündüyü üçün belə bir addım atmışdı. Amma sonradan FIFA 3 nömrəli forma nömrələrinə icazə vermədiyi üçün "11"i seçməli olmuşdu.
Adolfo Bautista
Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR
Meksikalı ulduz oyunçu eqosu və marjinal quruluşu 10 nömrənin ona az gəldiyini düşündüyü üçün 100-ə üstünlük verib.
Daniel Panku
Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR
2004/05 mövsümündə keçirilən "Fənərbaxça" - "Beşiktaş" qarşılaşmasında "Qara Qartallar"ın qapıçısı Kordoba 80-ci dəqiqədə meydandan qovulmuşdu. "Beşiktaş"ın həmin vaxtadək oyunçu dəyişikliyi haqqı bitdiyindən Panku qapıya keçməli olsuşdu. 3:3 hesabı ilə davam edən matçda "Fənərbaxça"nın hücumlarının qarşısını alaraq özündən söz etdirən rumın futbolçu komandasının son dəqiqə qolu ilə qələbə qazanmasından sonra oyunun ulduzu olmuşdu. Bununla da o, 1 nömrəni geyinən nadir sahə oyunçularından biri olaraq tarixə düşmüşdü.
Hikam Zerouali
Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR
Mərakeşli futbolçu da görəbiləcəyiniz ən qərib forma nömrəsi ilə meydana çıxan oyunçudu. Komanda yoldaşları tərəfindən "Zero" (sıfır) ləqəbi verilən futbolçu forması üçün də bu rəqəmi seçib. Bir bu nömrə ilə oynadıqdan sonra Şotlandiya və İngiltərə futbol federasiyaları 0 rəqəmli forma nömrəsini qadağan edib.
Ronaldinyo - Şevçenko - Flamini
Ən ilginc forma mömrələri və hekayələri - FOTOLAR
"Milan" 2008/09 mövsümündə 3 böyük transfer edib, "Barselona"dan Ronaldinyonu, "Arsenal"dan Matyu Flaminini və "Çelsi"dən Andrey Şevçenkonu heyətinə qatdıqdan sonra ortaqlıq bir az qarışmışdı. Futbolçular uyğun olaraq 10, 16 və 7 nömrəli formaları istəmişdi. Amma bu nömrələr "Milan"dan çoxdan seçildiyindən onlar doğum tarixlərinə uyğun forma geyinməka məcburiyyətində qalmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər