Emreli qələbəyə sevindi

Emreli qələbəyə sevindi

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su Xorvatiya çempionatında növbəti matçını keçirib.

Fanat.Az xəbər verir ki, komanda VIII turun açılış oyununda "Riyeka"ya evdə qalib gəlib – 3:1.

Emreli komandasında ikinci qolun müəllifi olmuş hücumçu Dario Şpikiçin əvəzinə 77-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, bu qələbədən sonra xal sayını 22-ə çatdıran "Dinamo" liderliyini möhkəmləndirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər