Emreli oynadı, komandası derbidə uduzdu

Emreli oynadı, komandası derbidə uduzdu

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında növbəti oyuna çıxıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi 9-cu turdan təxirə salınmış matçda "Hayduk"un qonağı olub.  

"Dinamo" derbi oyununda məğlub olub - 0:1.  Mahir də oyunun iştirakçısı olub. Millimizin üzvü start heyətində yer alıb və matçı əvəzolunmadan başa vurub.

Məğlub olmasına baxmayaraq, "Dinamo" 31 oyundan sonra 66 xalla liderdir. "Hayduk" isə xallarını 62-yə çatdıraraq 3-cü pillədəki mövqeyini möhkəmləndirib.

Qeyd edək ki, Mahir Emreli Zaqreb təmsilçisinin heyətində bundan əvvəlki iki oyunda 2 qol vurmuşdu.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər