Emre Mordan Ronaldoya jest - FOTO

Emre Mordan Ronaldoya jest - FOTO

Dünən Çempionlar Liqasının qrup mərhələsi oyunları çərçivəsində baş tutan "Borussiya" - "Real" matçından sonra meydan sahiblərinin futbolçusu Emre Mor maraqlı jest edib.

Fanat.Az xəbər verir ki, Türkiyə millisin gənc üzvü “İnstgram” hesabı vasitəsi ilə “Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldoya heyranlığını ifadə edib:"Həyatını xəyal etmə, xəyalını yaşa. Hər gün mənə motivasiya qaynağı olduğun üçün təşəkkürlər Kriştianu! Bizə bu gecə böyük dəstək verən Dortmund azarkeşlərinə də təşəkkürlər" - mesajı ilə Mor hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, Əmrə Mor daha öncə Xorvatiya – Türkiyə matçından sonra “Real”ın başqa bir futbolçusu Luka Modriçlə şəkil çəkdirməklə gündəmə gəmişdi. 

Fanat.AZ

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər