Türkiyənin “Ankaragücü” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin “sükanı arxasına” “Fənərbaxça”nın keçmiş futbolçusu Emre Belözoğlu keçib.
43 yaşlı mütəxəssis bu postda Tolunay Kafkası əvəzləyib. Onunla 2 illik müqavilə imzalanıb.
Emre Belözoğlunun son iş yeri Türkiyənin “Başakşəhər” klubu olub. O, bu klubdan bir müddət öncə ayrılmışdı.