Çempionluq sevinci bir cümlə ilə...

Çempionluq sevinci bir cümlə ilə...
Sonuncu dəfə 1968-ci ildə Avropa çempionu olan İtaliya millisi ötən gün finalda İngiltərə seçməsini məğlub edərək AVRO-2020-nin qalibi olub. 
Ölkəmizdə olan çoxsaylı İtaliya azarkeşləri arasında idman camiəsinin tanınan simaları da yer alıb.
 
Onlar çempionluq sevincini Fanat.Az-a bir cümlə ilə ifadə etdilər. 
Çempionluq sevinci bir cümlə ilə...
 
Firuz Abdulla (AFFA-nın mətbuat katibi): "Ümid, inam, həyəcan, kəhanət, sevinc - London, Uembli və çempion İTALİYA!"
Kənan Məstəliyev (Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi ): "Böyük İtaliya yenə də böyüklüyünü göstərdi! Grande İtalia!"
Gündüz Abbaszadə ("Qarabağ" klubunun mətbuat katibi): "Dünya çempionluğundan sonra Avropa çempionluğunu da gördüm, rahat ölə bilərəm!"
İsmayıl Abduallayev ("Neftçi" TV-nin aparıcısı, redaktor. ): "Futbolun vətənində İtalyansayağı çempionluq"
Rüstəm Əfsərli ("CBC Sport"un proqram direktoru): "Bütün turniri hamıdan yaxşı keçirən komandanın şəksiz qələbəsi".
 
İbrahim Cəfərov ("Futbolxeber.az" saytının baş redaktoru): "Səni çox sevirəm, İtaliya!"
Röya 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər