Azərbaycan I Divizionunda XXVIII tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Artıq çempionluğu təmin etmiş “Araz Naxçıvan” “Səbail-2” ilə qarşılaşıb.
Naxçıvan təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
I Divizion XXVIII tur 8 may
“Araz Naxçıvan” – “Səbail-2” 3:1 Qol: Orxan Əliyev, 28-pen; 90+4. Bayraməli Qurbanov, 79 – Taleh Qarayev, 45+1. Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov. Bakı. “ASCO Arena”, 16:00.
9 may
MOİK – “Qaradağ Lökbatan” Binə qəsəbə stadionu, 16:00.
“Qəbələ-2” – “Neftçi-2” Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Turan Tovuz-2” – “Zaqatala” Tovuz şəhər stadionu, 16:00.
10 may
“Zirə-2” – “Qarabağ-2” Binə qəsəbə stadionu, 16:00.
“Sumqayıt-2” – “İmişli” “Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
“Kəpəz-2” – “Şamaxı-2” Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.