Çempion mövsümü 10, "hərbçilər" 9 qolla bitirdi

Çempion mövsümü 10, "hərbçilər" 9 qolla bitirdi

I divizionda 2015/16 mövsümünə yekun vurulub. Fanat.az xəbər verir ki, mayın 12-13-də XXVI turun oyunları baş tutub.

İlk oyun günündə bir matç keçirilib və "Bakı" səfərdə "Şərurspor"u 2:0 hesabı ilə yenib.

Qalan qarşılaşmalar bu gün baş tutub. Çempion "Neftçala" son turda "Energetik"ə divan tutub - 10:0. Qollardan 5-nə gürcü David Canelidze vurub.

MOİK - "Şahdağ" oyununda da 10 qol vurulub və "hərbçilər" 9:1 hesablı qələbə qazanıb. MOİK-in heyətində Röyal Nəcəfov 6 dəfə fərqlənib.

"Turan Tovuz" evdə "Şəmkir"i, "Qaradağ Lökbatan" "Mil-Muğan"ı 1:0 hesabı ilə yenib, "Zaqatala" - "Ağsu" oyunu 1:1, "Bakılı" - "Göyəzən" matçı 2:2 hesabı ilə yekunlaşıb.

Mövsümün yekunlarına əsasən "Neftçala" çempion olub. "Qaradağ Lökbatan" ikinci, "Ağsu" üçüncü yeri tutub. MOİK-dən Röyal Nəcəfov 24 qolla bombardir olub. Onu 21 qolla David Canelidze izləyir.

I divizion

2015/16 mövsümü

II dövrə, XXVI tur

12 may

Şərurspor - Bakı 0:2

Qollar: Valeh Seyidov, 39. Yusif Səfərov, 90+2.

13 may

Bakılı - Göyəzən 2:2

Qollar: Ramil Həşimzadə, 15. Əbülfət Abbasov, 31 - Vüsal İbrahimov, 55. Arzuman Vəliyev, 84.

Neftçala - Energetik 10:0

Qollar: Aqşin Muxtaroğlu, 14. David Canelidze, 22; 33; 49; 72; 77. Məhəmməd Xəlilov, 64. Elvin Adışirinli, 70. Məlikməmməd Abbasov, 76. Məhəmməd Alıyev, 89.

Turan Tovuz - Şəmkir 1:0

Qol: Azər Məmmədov, 63.

Qaradağ Lökbatan - Mil-Muğan 1:0

Qol: Cavid Muxtarzadə, 20.

Zaqatala - Ağsu 1:1

Qollar: Elvin Nəsibov, 14 - Qalib Əmrahov, 73.

MOİK - Şahdağ 9:1

Qollar: Röyal Nəcəfov, 7; 12; 17; 49; 52; 65-pen. Orxan Həsənov, 62. Sənan Bayramzadə, 81. Fuad Məmmədzadə, 83 - Sərxan Ağayev, 51-pen.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçala

26

20

2

4

74:20

62

2

Qaradağ L

26

18

4

4

59:28

58

3

Ağsu

26

13

8

5

46:29

47

4

MOİK

26

14

5

7

53:24

47

5

Şəmkir

26

10

8

8

30:24

38

6

Zaqatala

26

9

9

8

47:36

36

7

Turan T

26

10

6

10

35:31

36

8

Mil-Muğan

26

8

8

10

28:26

32

9

Bakılı

26

8

6

12

34:46

30

10

Şahdağ

26

8

6

12

31:54

30

11

Şərurspor

26

8

4

14

45:44

28

12

Göyəzən

26

3

8

15

17:42

17

13

Energetik

26

4

3

19

14:100

15

14

Bakı

26

9

3

14

33:42

15

 Bombardirlər

Röyal Nəcəfov (MOİK) - 24. David Canelidze (Neftçala) - 21. Oruc Balaşlı (Zaqatala) - 18. Rəhman Musayev (Şərurspor) - 16.

Qeyd:

FIFA-nın İntizam Komitəsinin qərarına əsasən “Bakı”nın 15 xalı silinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər