Emin "Boavişta"da debüt etdi, Kamran 90 dəqiqə oynadı

Emin "Boavişta"da debüt etdi, Kamran 90 dəqiqə oynadı

Portuqaliya çempionatında XI turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" "Sportinq"i qəbul edib.

Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamran Ağayev meydana start heyətində çıxıb və sonadək oynayıb. Tur Emin Mahmudov üçün əlamətdar olub. Belə ki, o, "Boavişta"da debüt edib. O, 76-cı dəqiqədə Karrasanı əvəzləyib.

Qeyd edək ki, "Boavişta" 11 turda sonra 13 xal toplayıb və "Setubal"la 10-11-ci pillələri bölüşür.

Onu da qeyd edək ki, "Sportinq"in B komandasında Budaq Nəsirov çıxış edir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər