Emin oynadı, “Boavişta” uduzdu

Emin oynadı, “Boavişta” uduzdu
Portuqaliya çempionatında XIX tura start verilib. Fanat.Az xəbər verir ki, turun açılış matçında azərbaycanlı futbolçular Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” klubu “Belenenseş”i qəbul edib.
 
Kamran Ağayevin cəzalı olduğu üçün iştirak etmədiyi görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qola 57-ci dəqiqədə Dioqo imza atıb.
 
Start heyətində yer almayan Emin Mahmudov isə meydana 59-cu dəqiqədə daxil olub. Ev sahiblərinin həm bu, həm də digər əvəzetmələri məğlubiyyətdən qurtulmaq üçün yetərli olmayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər