Emin Mahmudovun karyerasını harada davam etdirəcəyi bilindi - Tərəflər görüşdülər

Emin Mahmudovun karyerasını harada davam etdirəcəyi bilindi - Tərəflər görüşdülər

"Neftçi"nin kapitanı Emin Mahmudovun formasını geyindiyi klubun yeni müqavilə təklifini hələ də cavablandırmaması futbol ictimaiyyətinin gündəmindən düşməyən əsas mövzulardan biridir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir neçə real təklif alan milli üzvü məsələni klub rəhbərliyi ilə müzakirə edib.

Görüş zamanı Mahmudov münasibətləri mövsüm başa çatmamış rəsmiləşdirmək istəməməsinin səbəblərini açıqlayıb. O, sözləşmələrinin müddəti yaya qədər nəzərdə tutulan digər komanda yoldaşlarının motivasiyasını pozmamaq üçün mövsümün sonunu gözlədiyini əsas gətirib. Ümumiyyətlə anlaşması qüvvədə olduğu zaman kəsiyində əvvəllər də yeni müqaviləyə imza atmadığını vurğulayan 30 yaşlı futbolçu bu yöndə hər hansı problem yaşanmayacağını, yayda yeni anlaşmaya qol çəkəcəyini bildirib.

"Neftçi"nin Mahmudova 3 illik müqavilə təklif etdiyini bir daha xatırladaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər